Bir yeni müqavilə, bir yeni transfer

Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah müdafiəçisi Kaan Kanakı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Geridə qalan mövsümü “Alanyaspor”da keçirən Kaan Kanakın bu klubla müqaviləsinin müddəti bitmişdi. Bu üzdən də o, yeni klubuna azad agent statusu ilə keçib.

“Ərzurumspor” yarımmüdafiəçisi Emrah Başsanla da yeni müqavilə imzalayıb. 2018-ci ildən bu klubun uğurları üçün çalışan 28 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button