Bir yarımmüdafiəçinin ümidinə qalıb – “Valensiya”

İspaniyanın “Valensiya” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumameylli yarımmüdafiəçisi Karlos Soler zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı ispan futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Valensiya” heyətlə bağlı ciddi problemlər yaşayır. Məsələ burasındadı ki, yayda komandanı Dani Parexo, Fransis Koklen, Ferran Torres kimi yarımmüdafiəçilər tərk edib. Yasper Sillesenlə Elyakim Manqala da zədədən əziyyət çəkir. Bu üzdən də növbəti turda meydana çıxmağa yalnız bir yeni transfer – Uroş Raçiç hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button