Bir oyunda 10 qırmızı vərəqə – VİDEO
Argentinada “Boka Xuniors” və “Rasinq” komandaları arasında keçirilən Çempionlar Kubokunun final oyununda 10 futbolçu qırmızı vərəqə alıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtında hər iki komandadan bir oyunçu meydandan qovulub. Həmin vaxt hesab bərabər olub – 1:1.
118-ci dəqiqədə “Rasinq”in qolundan sonra insident baş verib. Baş hakim Fakundo Tello daha bir neçə futbolçuya qırmızı vərəqə göstərib. “Boka Xuniors”un 7 üzvü meydandan kənarlaşdırıldığı üçün “Rasinq” qalib elan edilib. “Rasinq”in heyətində isə 3 futbolçu “qırmızı” ilə cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin