Bir oyun yarıda qaldı, Şahruddinin komandası xal itirdi
Türkiyə Super Liqasında 17-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.
“Başakşəhər” evdə “Sivasspor”a qalib gəlib. “Qaziantep” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqədə mübarizə aparıb.
“İstanbulspor” – “Trabzonspor” matçı isə yarıda qalıb. Meydan sahiblərinin prezidenti 73-cü dəqiqədə komandasını paltardəyişmə otağına göndərib. Buna İstanbul təmsilçisinin hakim qərarlarından narazı qalması səbəb olub.
Türkiyə Super Liqası
17-ci tur
19 dekabr
Başakşəhər – Sivasspor 3:1
Qollar: Pyontek, 45; 51. Pelkas, 62 – Says, 26.
Qaziantep – Adana Dəmirspor 2:2
Qollar: A.Kızıldağ, 17. Markoviç, 54 – E.Akbaba, 71. Akintola, 73.
İstanbulspor – Trabzonspor 1:2 (matç yarıda qalıb)
Qollar: M.Sarıkaya, 39 – Trezeqe, 11. Onuaçu, 68.
20 dekabr
18:00. Kayserispor – Fənərbaxça
21:00. Antalyaspor – Kasımpaşa
21:00. Qalatasaray – Fatih Karagümrük
21 dekabr
18:00. Rizəspor – Pendikspor
18:00. Samsunspor – Konyaspor
21:00. Ankaragücü – Hatayspor
21:00. Beşiktaş – Alanyaspor
Bizi Facebook-da izləyin