Bir oyun, beş yubiley

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının ilk oyunu “Zirə”nin 5 futbolçusu üçün yubiley xarakteri daşıyıb.

Komanda.az xəbər verir ki, 15-ci turun “Sabah”la görüşü (0:2) bu oyunçular üçün Azərbaycan çempionatında yubiley qarşılaşması kimi yadda qalıb.

Hazırda “qartallar”ın heyətində yer alan futbolçular arasında rekordçu olan Vüqar Mustafayev komanda ilə 70-ci dəfə Premyer Liqa matçına çıxıb.

Zirə İdman Kompleksindəki görüş daha 4 futbolçu üçün yaddaqalan olub. Bu matç İlkin Muradov üçün 30-cü olubsa, Kamal Bayramov 25-ə, Mirsahib Abbasov 20-yə, Miloş Radivoyeviç isə 10-a çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button