Bir öpüşün cəzası – Futboldan 3 illiyə uzaqlaşdırıldı
İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.
Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın İntizam Komitəsi qərar qəbul edib.
Rubiales FİFA-nın İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün cəzalandırılıb.
Rubiales avqustun 20-də qadın futbolçular arasında dünya çempionatının final oyunu zamanı baş vermiş hadisəyə görə ilkin olaraq 90 gün diskvalifikasiya edilmişdi.
İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək, dünya çempionu olub. Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Hermosonu dodağından öpüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin