Xavi Bundesliqa klubunun və milli komandanın təklifinə “yox” deyib
Bir neçə gün əvvəl Qətərin “Əl Sədd” klubu ilə yeni müqavilə imzalayan baş məşqçi Xavi bundan əvvəl iki təklifi rədd edib.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 41 yaşlı mütəxəssis Dortmund “Borussiya”sından üç illik müqavilə təklifi alsa da, cavabı “yox” olub. Bundan başqa, keçmiş yarımmüdafiəçiyə Braziliya yığmasında məşqçilik təklif edilib. Xavi bu təklifi də rədd edərək, “Əl Sədd”lə yeni müqavilə imzalayıb.
Xavi “Əl Sədd”lə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Onun rəhbərlik etdiyi kollektiv Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin may ayından “Əl Sədd”i çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin