“Real”ın prezidentindən Neymar, Mbappe və Hazardla bağlı açıqlama

“Real”ın prezidenti Florentino Peres transferlərlə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun transfer edəcəyi deyilən Eden Hazard, Kilian Mbappe, Neymar haqqında danışan klub rəhbəri, Serxio Ramos və Qaret Beyllə bağlı da açıqlama verib:

“Bir neçə ildir Hazardı transfer etmək üçün çalışırıq, amma hələ bunu bacara bilməmişik. Final oyunu keçirəcək bir klubla (“Çelsi”nin Avropa Liqasındakı final matçını nəzərdə tutur) hazırda necə transferlərlə bağlı danışa bilərik?

Mbappe və Neymarla bağlı Zinəddin Zidanla danışmamışam və danışmayacam. Keçən il onları istəmədiyimizi demək məcburiyyətində qaldım. Eynisini təkrar edirəm. Yeni bir qərar versək, klubları ilə görüşəcəyik.

Hazırda heyətdə olan futbolçulara gəlincə, onlar haqqında danışmaq istəmirəm. Nə Beyl, nə də başqa bir futbolçu üçün təklif almadığımızı deyə bilərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button