Vitse-prezidentdən Elmar Məmmədyarovun İcraiyyə Komitəsindəki işinə qiymət

Bir neçə ay əvvəl Azərbaycanın xarici işlər naziri postundan uzaqlaşdırılan Elmar Məmmədyarov AFFA-dakı işini davam etdirir.

AFFA İcraiyyə Komitəsinin üzvü olan keçmiş nazir İK-nin sonuncu iclasında da iştirak edib. Bu barədə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Komanda.az-a açıqlamasında deyib. Sadıqov, Məmmədyarovun İcraiyyə Komitəsinin bütün iclaslarına qatıldığını və müzakirə olunan məsələlərdə aktiv iştirak etdiyini bildirib.

Elmar Məmmədyarov 2016-cı ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Onun ana dilində yaxşı danışa bilməməsi, futbola dəxli olmasa da, Azərbaycan futbolu ilə bağlı qərarların verildiyi İcraiyyə Komitəsində olması birmənalı qarşılanmır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button