Koronavirusa qalib gələn Fellainidən möhtəşəm start
Bir neçə ay əvvəl koronavirusa qalib gələn Maruan Fellani Çin Super Liqasında çıxdığı ilk oyunda 3 qol vurub.
Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin formasını geyindiyi “Şandun Lunen” klubu ilk turda səfərdə “Dalyan”la qarşılaşıb. Görüş “Şandun Lunen”in 3:2 hesablı qələbəsiylə başa çatıb.
Fellaini bu matçda 7 dəqiqədə het-trik edərək, komandasına qələbə qazandırıb.
Fellaini mayda koronavirusa yoluxmuş və daha sonra sağalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin