“Bir neçə ay ərzində Enrike inanılmaz işlər gördü” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda PSJ-yə qarşı keçirəcəkləri oyun haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu matçın çox vacib olduğunu bidirib:

“Bu, çox vacib matçdır. Hələ qalib gəlməmişik, ona görə də PSJ ilə iki oyun çox vacib olacaq. Biz son dərəcə diqqətli olmalıyıq, yığcam oynamalıyıq və həm hücumda, həm də müdafiədə vahid kimi çıxış etməliyik.

Cəmi bir neçə ay ərzində Luis Enrike inanılmaz işlər gördü. PSJ əvvəllər liderlərinə güvənirdi, lakin o, onların oyun tərzini dəyişdi. Mbappe yüksək sürətlə hərəkət etməyi çox yaxşı bacarır. Onun niyyətlərini və ötürmələrini nə qədər yaxşı təxmin etsək, ondan gələn təhlükəni bir o qədər məhdudlaşdıra bilərik”.

PSJ bu gün “Milan”ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. İki turdan sonra Enrikenin yetirmələri 3 xalla F qrupunda ikinci, “Milan” isə 2 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button