Emil Balayevin atası Komanda.az-a danışdı: “Zəng elədim özünə, belə bir şey olmadığını dedi”

Bir müddət əvvəl “Tobol”dan ayrılan Emil Balayevin karyerasını harda davam etdirəcəyi sual altındadır.

Komanda.az xəbər verir ki, 25 yaşlı qapıçının Belçika, Rusiya və Azərbaycan klublarından təklif aldığı iddia olunur. Bu barədə Emilin atası Nazim Balayevlə danışdıq:

“Boş söhbətlərdir. Emilə gələn təklif haqda eşitməmişik, nə o, nə də mən. Mən atasıyam, nəsə olsa, bilərəm. Özüylə də danışmışam. Azərbaycandan heç bir təklif yoxdur. “Sabah”, “Neftçi” və “Qarabağ”la bağlı deyirlər, ancaq belə bir şey yoxdur. Kim yazıb, hardan yazıb, bilmirik. Xəbərimiz yoxdur. Bu günə olan məlumat budur ki, heç nə yoxdur”.

Nazim bəy Emilin hazırda Qazaxıstanda olduğunu və karyerasını ölkə xaricində davam etdirmək varinatının da olduğunu bildirdi:

“Mətbuatda Belçikanın “Genk” və Rusiyanın iki klubunun da adı hallanır. Açığı, mən xarici klubların təklifləri haqda bilmirəm. Ola bilsin ki, “Genk”lə hansısa danışıqlar getsin, ancaq məsələnin hansı yerdə olduğunu bilmirəm. Dəqiq bildiyim Azərbaycan klublarından təklifin olmamasıdır. “Sabah”a keçəcəyi haqda məlumatlar çıxdı. Zəng elədim Emilin özünə, belə bir şey olmadığını dedi. Hazırda gözləyirik, görək nə olacaq. Azərbaycandan təklif olsa, bilmirəm gələr, ya yox. Amma hazırda heç bir təklif yoxdur”.

Emil Balayev “Tobol”a ötən mövsümün əvvəlində “Səbail”dən transfer olunmuşdu. O, bu komandanın heyətində 36 matçda meydana çıxıb. Bu qış komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Emilin “Tobol”dan ayrılacağı gündəmdə idi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button