De Rossinin yeni klubu bilindi

Bir müddət əvvəl “Roma”dan ayrılan Daniele De Rossinin yeni iş yeri məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirəcək. Rossi, “Los Anceles” klubu ilə yaxın zamanda rəsmi müqavilə imzalayacaq.

35 yaşlı futbolçu ilə İtaliyadan “İnter”, Rusiyadan isə “Zenit” yaxından maraqlanırdı.

2002-ci ildən “Roma”nın əsas komandasında çıxış edən Rossi, son mövsümdə 22 qarşılaşmada iştirak etmişdi.

De Rossi “Roma”nın əfsanəvi futbolçusu Françesko Tottidən (786 oyun) sonra bu komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudur – 615 matç. O, bu görüşlərdə 63 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button