“Neftçi”dən ayrılan futbolçu “Sabah”la anlaşdı
Bir müddət əvvəl “Neftçi” ilə yollarını ayıran Məhəmməd Mirzəbəyovun yeni iş yeri məlum olub.
Komanda.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı müdafiəçi “Sabah” klubu ilə anlaşıb. Mirzəbəyovun keçidinin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.
“Sabah” bir müddət əvvəl “Sumqayıt”dan Cavid Tağıyevlə 2 illik müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin