“Çelsi”nin futbolçusu koronavirusa qalib gəldi
Bir müddət əvvəl koronavirusa yoluxan “Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Frenk Lempard yerli mətbuata açıqlamasında deyib:
“Kallumun irəliləyişdə olduğunu və normal vəziyyətə qayıtdığını deyə bilərəm. Bu, açıq şəkildə hamımızın eşitmək istədiyi xəbərdir. Hər kəsin bu xəstəlikdən müalicə olunub, tam sağalmayacağını bilirəm. Bütün idman ictimaiyyətini məsuliyyətli davranmağa səsləyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin