Son oyun…

Bir müddət əvvəl futbolçu karyerasını bitirdiyini açıqlayan Fernando Torres bu gün son oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, ispan hücumçunun formasını geyindiyi Yaponiyanın “Saqan Tosu” klubu “Vissel Kobe” ilə qarşılaşacaq. Sözügedən qarşılaşma Torresin futbolçu karyerasında son – vida oyunu olacaq.

2000-ci ildə “Atletiko” ilə müqavilə imzalayan Torres, 2007-ci ildə 38 milyon avro qarşılığında “Liverpul”a keçib. 4 mövsüm Mersisayd təmsilçisində çıxış edən hücumçu, 2011-ci ildə 58,5 milyon avro müqabilində “Çelsi”yə üz tutub. “Çelsi”dən sonra bir müddət “Milan”da icarə əsasında çıxış edən Torres, 2016-cı ildə “Atletiko”ya qayıdıb. O, 2018-ci ilin yayında Yaponiyanın “Saqan Tosu” klubuna transfer olunub.

İspaniya millisində 110 dəfə forma geyinən Torres, yığmada 38 qola imza atıb.

“Saqan Tosu” – “Vissel Kobe” matçı bu gün, saat 14:30-da start götürəcək. “Vissel Kobe”də “Barselona”nın sabiq üzvləri Andres İnyesta və David Vilya forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button