Overmars futboldan uzaqlaşdırıla bilər

Bir müddət əvvəl “Ayaks” klubundan qovulan Mark Overmars futboldan ömürlük uzaqlaşdırıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Algemeen Dagblad” nəşri məlumat yayıb.

“Ayaks”da idman direktoru olan Overmars qadın həmkarlarına yazdığı uyğunsuz mesajlara görə işindən ayrılıb. Niderland Futbol Assosiasiyası funksionerin bu hərəkətinə görə onun Niderlandda futbola aid bütün fəaliyyətinə qadağa qoya bilər.

Overmars Niderlanddan kənarda futbola aid bir fəaliyyətlə məşğul ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button