Mərhum futbolçunun oğlu “Real”a keçir
Bir müddət əvvəl avtomobil qəzasında həyatını itirən Xose Antonio Reyesin oğlu Xose Reyes karyerasını “Real” klubunda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 11 yaşlı futbolçu növbəti mövsümdə “Real”ın akademiyasına qoşulacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.
“Leqanes” klubunun gənc komandasında çıxış edən Reyes, son mövsümdə ölkə çempionatının qalibi və turnirin bombardiri olub.
Xose Antonio Reyes karyerası ərzində “Real”, “Sevilya”, “Arsenal”, “Atletiko”, “Benfika” kimi klublarda forma geyinmişdi. Reyes 22 dəfə də İspaniya millisində çıxış etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin