“Sabah”dan ayrılan futbolçu “Səbail”lə müqavilə imzaladı
Bir müddət əvvəl “Sabah”la yollarını ayıran Məhəmməd Mirzəbəyovun yeni klubu açıqlanıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Səbail”lə razılaşıb. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Mirzəbəyovla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Müdafiəçi ötən mövsüm “Sabah”da çıxış edib. Onun klubla müddəti bitən müqaviləsi yenilənməyib və azad agent kimi “Səbail”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin