“Neftçi” istəyirdi, Moldova klubuna keçdi
Bir müddət əvvəl “Neftçi”nin maraqlandığı iddia olunan Dimitris Kolovosun yeni iş yeri bilinib.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Şerif”ə transfer olunub. Bu barədə Moldova təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Şerif” Kolovosu “Panatinaikos” klubundan icarəyə götürüb.
Karyerası ərzində “Olimpiakos”, “Panionios”, Kiprin “Omoniya”, Belçikanın “Mexelen” və Niderlandın “Villem II” klublarının şərəfini qoruyan Kolovos, Yunanıstan millisində 9 oyuna 1 qol vurub.
Yunanıstan mətbuatı bir müddət əvvəl Kolovosla “Neftçi”nin də yaxından maraqlandığını iddia edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin