“Fənərbaxça”dan ayrılan futbolçu İspaniya yolunda
Bir müddət əvvəl “Fənərbaxça” ilə yollarını ayıran Mehmet Topal karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə “Selta” klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Topalın menecerinin “Selta” rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.
Topal, daha əvvəl, 2010-2012-ci illər aralığında İspaniyanın “Valensiya” klubunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin