Sən Mikelin yanında…
Bir müddət əvvəl “Arsenal”ı müvəqqəti çalışdıran Fredrik Lunqberqin London təmsilçisindəki durumu məlum olub.
Komanda.az xəbər verir ki, isveçli mütəxəssis komandada işləməyə davam edəcək. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Lunqberq “topçular”ın yeni baş məşqçisi Mikel Artetanın rəhbərlik etdiyi məşqçilər korpusuna daxil edilib.
Lunqberq Unay Emerinin istefaya göndərilməsindən sonra komandaya rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin