Emil Balayev Qazaxıstanda qalır? – Avropa Liqasında oynaya bilər
Bir müddət əvvəl “Tobol”la yollarını ayıran və hazırda azad agent statusu daşıyan Emil Balayev karyerasını Qazaxıstanda davam etdirə bilər.
Komanda.az “vesti.kz” saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı ilə “Kaysar” klubu yaxından maraqlanır. Yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq “Kaysar”ın qapıçı mövqeyini Emillə gücləndirmək istədiyi bildirilir.
Xəbərdə, Azərbaycan millisinin üzvüylə Belçika klublarının, eyni zamanda Rusiyadan “Krılya Sovetov”un da maraqlandığı deyilir.
Emil Balayev “Tobol”a ötən mövsümün əvvəlində “Səbail”dən transfer olunmuşdu. O, komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra “Tobol”la yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin