“Sumqayıt”dan ayrılan futbolçu “Şaxtyor”un düşərgəsində
Bir müddət əvvəl “Sumqayıt”dan ayrılan Kərəm Sultanov karyerasını Qazaxıstanda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Şaxtyor” klubunda baxışdadır. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Kərəm, “Şaxtyor”un Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Müdafiəçi məşqçilər korpusu tərəfindən bəyənilsə, onunla müqavilə imzalanacaq.
Kərəm Sultanov 2020-ci ilin avqustundan 2021-ci ilin yanvarına qədər “Sumqayıt”da çıxış edib. Müdafiəçi “kimyaçılar”da 7 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin