“Geri qayıtmaq istəmirəm” – “Sabah”dan ayrılan futbolçu
Bir müddət əvvəl “Sabah”dan ayrılan Hendrik Ekşteyn gələcək karyerasıyla bağlı açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi vətəni Cənubi Afrikaya qayıtmaq istəmədiyini deyib:
“Gedəcəyim klubun adını açıqlamayacam. Menecerim bunun üzərində çalışır. Ancaq bu, yerli klub olmayacaq. Bu dəfə də ölkə xaricinə gedəcəm.
Cənubi Afrikadan – ölkəmdən də təklif var. Ancaq dürüst olmaq lazımdırsa, geri qayıtmaq istəmirəm”.
Ekşteyn 2019-cu ilin yayında “Sabah”a tansfer olunmuşdu. Cənubi afrikalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 13 oyunda 3 qol vurmuşdu. “Sabah” dekabrın 23-də Ekşteynlə yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin