Regilonun “Real”dan ayrılmasının səbəbi bilindi

Bir müddət əvvəl “Real”dan “Tottenhem”ə keçən Serxio Regilonun Madrid təmsilçisindən ayrılmasının səbəbi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Regilonun komandanın baş məşqçisi Zinəddin Zidanın kiçik oğlu Luka Zidanla münasibətlərinin pis olmasına görə ayrıldığı bildirilib.

Luka Zidanla mübahisə etməsi Regilonla baş məşqçi Zidanın da münasibətlərinə təsir edib və müdafiəçi klubdan ayrılıb.

Regilon sentyabrda “Tottenhem”lə 5 illik müqavilə imzalayıb. Luka Zidan isə “Rayo Valyekano” klubuna icarəyə verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button