“Qalatasaray”dan ayrılan futbolçu La Liqa klubuna keçir

Bir müddət əvvəl “Qalatasaray”la yollarını ayıran Yunes Belhandanın yeni ünvanı bilinib.

Komanda.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Valensiya” klubuna keçəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “yarasalar”ın yaxın zamanda Belhanda ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

“Qalatasaray” martın 10-da Belhanda ilə müqaviləyə xitam vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button