“Fənərbaxça”dan ayrıldı, İtaliya klubuna keçir

Bir müddət əvvəl “Fənərbaxça” ilə yollarını ayıran Martin Şkrtel karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Atalanta” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Şkrtelin A Seriyası təmsilçisi ilə razılığa gəldiyi və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilir.

Karyerası ərzində “Zenit”, “Liverpul” kimi klublarda çıxış edən Şkrtel, son olaraq “Fənərbaxça”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button