“Arsenal”dan ayrıldı, Bundesliqa klubuna keçdi – Rəsmi
Bir müddət əvvəl “Arsenal”la yollarını ayıran Stefan Lixtştaynerin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Auqsburq” klubuna keçib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lixtştaynerlə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Latsio”, “Yuventus” və “Arsenal” kimi klublarda çıxış edən Lixtştayner, “Auqsburq”a azad agent kimi keçib.
Müdafiəçi 105 dəfə də İsveçrə millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin