“Bayern” onu yenə icarəyə göndərə bilər

“Bayern”in yarımmüdafiəçisi Marsel Sabitzer “Roma”nın hədəfindədir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “canavarlar” 29 yaşlı futbolçunu 2023/24 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir.

Avstriyalı futbolçu 2022/23 mövsümünü icarə əsasında “Mançester Yunayted”də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində 18 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button