1 il komada qalan futbolçu ilə bağlı açıqlama

2017-ci ildə “Verder”lə keçirilən yoxlama oyunu zamanı ürəyi dayanan və uzun müddət komada qalan “Ayaks”ın futbolçusu Abdelhaq Nuri ilə bağlı açıqlama verilib.

Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki,  qardaşı Abderrahim Nuri, futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:

“O, uzun müddətdir ki, evdə deyildi. Artıq onunla özümüz maraqlanırıq. Harda olduğunu bilir, artıq komada deyil. Yatır, oyanır, yeyir, asqırır, amma yataqdan dura bilmir. Bizdən asılı vəziyyətdədir. Onunla söhbət etməyə çalışır, futbol izləyirik. O, tez-tez öz hisslərini göstərir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button