İnzaqinin həyat yoldaşı: “Onun “İnter”də qalmasını çox istəyirdim”

Bloqqer və Simone İnzaqinin həyat yoldaşı Qayya Lukariello onun “İnter”in baş məşqçi postunu tərk etmək qərarına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin xanımı ona həmişə müdrik məsləhətlər verməyə çalışdığını söyləyib:

“İş ondadır ki, mən onun klubda qalmasını çox istəyirdim və buna təkid edə bilərdim. Amma dörd il uzun zamandır və mən onun qərarına təzyiq göstərməməyi seçdim. Bizim öz istəklərimiz var, amma həyatda hər şeyin başlanğıcı və sonu var. Bir həyat yoldaşı kimi həmişə müdrik məsləhətlər verməyə çalışıram və bu gün ürəyim istəməsə də, yeni mərhələyə başlamaq düzgün idi.

Bu dörd il “İnter”lə birlikdə möhtəşəm keçdi və vidalaşmaq çox çətindir. Bu xatirələri daim ürəyimdə daşıyacam. Oğlumuz da dörd il “İnter”in formasını geyindi ki, bu da bizim bağımızı gücləndirir. Amma işdən kənarda da həyat var və bu gün yolumuz bizi başqa istiqamətə aparır”.

İnzaqinin dünən “İnter”in baş məşqçi postunu tərk etdiyi rəsmən açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button