“Bir gün Haland və Mbappe “qızıl top”u qazanacaq” – Messi
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2023-cü ildə “qızıl top” uğrunda mübarizə ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda Erlinq Haland və Kilian Mbappenin bu mükafata layiq olduğunu söyləyib:
“Bir gün Haland və Mbappe “qızıl top”u qazanacaq. Haland buna layiq idi, o, Premyer Liqanı və Çempionlar Liqasını qazandı. Bu mükafat bu gün sizin ola bilərdi… Əminəm ki, növbəti illərdə siz qalib olacaqsız”.
36 yaşlı futbolçu ikinci və üçüncü yerləri tutan Erlin Haland (“Mançester Siti”) və Kilian Mbappeni (PSJ) geridə qoyub. Argentinalı hücumçu üçün bu mükafat karyerasında səkkizinci olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə dünyanın ən yaxşı oyunçusu kimi tanınıb.
Bizi Facebook-da izləyin