İnyesta: “Bir gün “Barselona”ya qayıtmaq istərdim”
Andres İnyesta bir gün “Barselona”ya qayıtmaq istədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı ispaniyalı sabiq yarımmüdafiəçi oktyabrın 8-də futboldan getdiyini rəsmən elan edib:
“Bir gün “Barselona”ya qayıtmaq istərdim. Kluba bu qədər təsir edənlər bu və ya digər şəkildə orada olmalıdırlar. Komandanın düşərgəsində fərqli bir rol oynamaqdan məmnun olaram”.
İnyesta 1996-cı ildə “Barselona”ya keçib və 2018-ci ilin mayına qədər bu komandada çıxış edib. O, Kataloniyanın əsas komandasının heyətində bütün turnirlərdə 674 oyun keçirib, 57 qol vurub və 136 məhsuldar ötürmə verib. İnyesta “Barsa” ilə birlikdə 4 dəfə Çempionlar Liqasının qalibi, 9 dəfə İspaniya çempionu olub, hər biri 3 dəfə olmaqla UEFA superkubokunu və Klublararası dünya kubokunu qazanıb.
İnyesta karyerasının son dönəmlərini Yaponiyanın “Vissel Kobe” və Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” komandalarında keçirib.
Bizi Facebook-da izləyin