“Bir futbolçuya görə oyun planını dəyişmək fikrimiz yoxdur” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 19-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Öncə, Azərbaycan xalqına 20 Yanvar hadisələrinə görə başsağlığı verirəm. Oyuna gəlincə, yaxşı ilk hissə keçirdik. Fasilədən sonra dinamika çox olmadı. Oyun çox dayandı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu gün stadiona gələn azarkeşlərin oyundan razı qaldığını düşünürəm. İnanırıq ki, Ayaz Quliyev Aleksey İsayevin boşluğunu doldura biləcək. Ona vaxt lazımdır. Bu gün işinin öhdəsindən gəldi. Bir futbolçuya görə oyun planını dəyişmək fikrimiz yoxdur. Vacib oyunçuların gedişi normaldır, komandada gələnlər də olur, gedənlər də. Dünəni düşünmürük. Hansısa futbolçu olmadan da oynamaq olar. Avrokuboklarda Mikels olmadan necə oynadığımızı xatırlayın. Əlimizdə olan heyətlə nəticə qazanmağa çalışacağıq.

Bu gün referi oyunu yaxşı idarə etdi. Onun haqqında pis nəsə demək olmaz. Belə idarəçiliyi bəyəndim. Bu gün xüsusi qeyd ediləcək nəsə səhv olmadı. Çalışacam ki, həmişə təmkinli olum”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button