
“Bir daha fantastik komanda oyunu sərgilədik!” – FOTO
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Pro Liqasının dördüncü turunun “Əl-Şabab”la matçından sonra (4:0) bunları yazıb:
“Stadiondakı atmosfer inanılmaz idi! Qələbəni azarkeşlərimizlə qeyd etdiyim üçün çox şadam. Bir daha fantastik komanda oyunu sərgilədik!”
Portuqaliyalı forvard “Əl-Şabab”la matçda iki qol vurub və bir məhsuldar ötürmə edib.
“Əl-Nəsr” ölkə çempionatının turnir cədvəlində 4 oyundan sonra 6 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin