Bir daha Braziliyada oynamayacaq – Başına gələnləri unutmayıb

“Fulhem”in yarımmüdafiəçisi Villian futbol oynamaq üçün bir daha Braziliyaya qayıtmayacağını açıqlayıb.

Komanda.az “Football Daily”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu vətənində başına gələnləri xatırladıb:

“Mən heç vaxt Braziliyada futbol oynamaq üçün geri qayıtmayacam. Orada amansız təzyiqlər gördüm ki, bu da bəzən zorakılığa, ailəmə və uşaqlara təhdidlərə çevrildi. Mən ailəmi qorumaq məcburiyyətindəyəm”.

Yarımmüdafiəçi “Korintians”da çıxış edən zaman yerli azarkeşlər oyun formasının pis olması səbəbindən onun ailəsini hədələyiblər.

Villian “Fulhem”də debüt mövsümünü keçirir. O, əvvəllər 7 il “Çelsi”də çıxış edib, iki dəfə İngiltərə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button