“Bir çoxu üçün təhlükəli rəqib olacağıq” – “Ordu”nun oyunçusu

“Əminəm ki, yeni mövsümdə bir çoxu üçün təhlükəli rəqib olacağıq və yaxşı oyun nümayiş etdirəcəyik”.

Komanda.az xəbər verir ki, “Ordu”nun ukraynalı basketbolçusu Volodimir Markovetski klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, hazırlıqları dəyərləndirib:

“Hələ ki, bütün oyunçular komandaya qoşulmayıblar. Amma məşq prosesi çox yaxşı gedir. Bir komanda kimi hələ çox iş görməliyik. Komandadakı atmosfer xoşuma gəlir. Uşaqların hamısı həm yaxşı oyunçu, həm də yaxşı insandırlar. Kollektiv daxilindəki ab-hava əladır. Azərbaycanda ilk dəfə olduğum üçün bu atmosfer mənə çox yaxşı təsir edir. Komandanın və baş məşqçinin dəstəyini daim hiss edirəm”.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button