“Bir çox məşqçi, futbolçular bilir ki, bu, mənim ən yaxşı mövsümüm idi” – Levandovski

Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski keçən mövsümdəki uğurları və “qızıl top”la bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun keçən mövsümü uğurlu keçirdiyini deyən polşalı futbolçu, bu il verilməyəcəyi açıqlanan “qızıl top”a layiq olduğunu bildirib:

“Çempionlar Liqasının qalibi olmaq xüsusi an idi. Xəyalını qurduğumuz hadisəni yaşadıq, amma “Bavariya” hələ də uğurlara acdır.

Kiminsə bu il “qızıl top”un təqdim edilməyəcəyini elan etməsi lazım idi, amma bəlkə də, bu qərarı verməkdə tələsdilər. Bir çox məşqçi, futbolçular bilir ki, bu, mənim ən yaxşı mövsümüm idi. Əslində, qazanılan hər fərdi titul da komanda üçündür”.

Bu il pandemiya səbəbiylə “qızıl top” mükafatı təqdim edilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button