“Hələ bir çox insanın səhv olduğunu sübut etməmişəm”

“Çelsi”nin vingeri Ceydon Sanço “Tottenhem” üzərində 4:3 hesablı qələbədən sonra açıqlama verib.

24 yaşlı futbolçu londonlulara qarşı matçda qola imza atıb.

Komanda.az “SuperSport”-a istinadən xəbər verir ki, ingiltərəli oyunçu məşqdə çox çalışdığını bildirib:

“Çelsi”də olduğum ilk gündən məni çox isti qarşıladılar. Bilirəm ki, hələ bir çox insanın səhv olduğunu sübut etməmişəm. Məşqdə çox çalışıram. Mən məşqçilər heyətinə və komandaya göstərdikləri etimada, həmçinin meydana çıxmaq imkanına görə təşəkkür etməliyəm”.

Sanço “Çelsi” forması ilə 11 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib. O, “Mançester Yunayted”dən almaq şərti ilə icarəyə götürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button