“Bir çox futbolçular buna görə məni qısqanırlar” – Gündoğan
İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi İlkay Gündoğan açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, almaniyalı futbolçu, hazırda “Liverpul”u çalışdıran Yurgen Klopp və baş məşqçisi Pep Qvardiola haqqında danışıb:
“Klopp və Qvardiola dünyanın ən yaxşı iki məşqçisidir və mən onların rəhbərliyi altında oynamışam. Düşünürəm ki, bir çox futbolçular buna görə məni qısqanırlar. Çünki onların belə şansı olmayıb. Onların hər ikisinin qəlbimdə ayrı yeri var. Hər ikisi mənə çox şey öyrətdi və uğurlarımın bir hissəsi oldular.
Həmişə özümü inkişaf etdirməyə çalışıram. Kloppla dörd il birlikdə çalışdıq, onu məşqçi və insan kimi çox sevirəm, amma yeni addımlara ehtiyac olduğunu hiss etdim. “Borussiya”dan ayrılmaq istədim və özümə yeni klub axtaranda Kloppla çalışmaq barədə düşünməmişdim. Bu, “Liverpul”a keçməməyimin səbəblərindən biri oldu”.
Gündoğan 2011-2015-ci illərdə “Borussiya”da (Dortmund) Kloppun rəhbərliyi altında çıxış edib.
Bizi Facebook-da izləyin