Ronaldo: “Bilirəm ki, futbolda çox illərim qalmayıb”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo böyük futbolda karyerasının qalan hissəsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu indi meydana çıxmaqdan zövq aldığını bildirib:

“İndi meydana çıxmaqdan zövq alıram. Bilirəm ki, futbolda çox illərim qalmayıb. Mənim üçün artıq dünyanın ən yaxşısı olmaq və ya kuboklar qazanmaq o qədər də vacib deyil. Mən sadəcə oynamaq və komandama fayda vermək istəyirəm”.

39 yaşlı forvardın “Əl-Nəsr”lə müqaviləsi gələn ilin yayına qədərdir. O, bu mövsüm 7 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button