
İnzaqi: “Bilirik ki, “İnter” də heç nə qazanmaya bilər”
“İnter”in baş məşqçisi Simone İnzaqi cari mövsümlə bağlı fikirlərini bölüşüb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu mövsüm mümkün qədər çox oyun keçirmək istədiklərini söyləyib:
“Bu mövsüm mümkün qədər çox oyun keçirmək istəyirik, amma bilirik ki, “İnter” də heç nə qazanmaya bilər. Bütün bu söhbətləri mediada eşidirik, amma futbol budur. Hamımız – mən, oyunçular, bütün klub və prezident bunun futbolda necə baş verdiyini bilirik. Buna görə də biz oyundan oyuna irəliləməyə çalışırıq”.
Milanlılar bazar günü əsas rəqiblərindən olan “Atalanta”nı səfərdə (2:0) məğlub edərək, A Seriyasının çempionluğu yolunda daha bir mühüm addım atıblar. Komanda hələ ki, hər üç kubokun (və ya, yay Klublararası dünya kubokunu da daxil etsək, dörd) yarışında qalır.
Bizi Facebook-da izləyin



