
ÇL: “Buraxılan üç qoldan ikisi yolverilməzdir”
“Yuventus”un baş məşqçisi Tiaqo Motta Çempionlar Liqasında PSV-yə məğlubiyyətdən (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“İkinci hissədə mübarizə apardıq, hesabı bərabərləşdirdik, lakin bunu sabit saxlaya bilmədik. PSV fasiləyə qədər təzyiq etdi, amma hər şey nəzarət altında idi. Bilirdik ki, aktiv hücuma keçəcək keyfiyyətli komanda ilə qarşı-qarşıyayıq. Buraxılan üç qoldan ikisi yolverilməzdir. Bu səviyyədə rəqabətədavamlı olmaq üçün çox daha yaxşı oynamalıyıq”.
“Yuventus” bu məğlubiyyətdən sonra Çempionlar Liqasında mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin