“Bilirəm ki, bir gün qalib gələcəyik” – Donnarumma
PSJ-nin qapıçısı Canluici Donnarumma parislilərin gələcəkdə Çempionlar Liqasının qalibi olacağına əmin olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir italiyalı qolkiper bu barədə “tvitter” hesabında paylaşım edib:
“Çempionlar Liqasını qazanmağı vəsvəsə kimi düşünməməliyik. Bilirəm ki, bir gün qalib gələcəyik. Mən buna əminəm, çünki klub buna layiqdir, azarkeşlər buna layiqdir. Biz bu zirvəyə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Son iki mövsümdə PSJ Çempionlar Liqasının 1/4 final mərhələsindən kənarda qalıb. Paris klubu tarixində heç vaxt ÇL kubokunu qazanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin