Biliçin yeni ünvanı bilindi

Son olaraq İngiltərə Premyer Liqasında “Vest Bromviç”i çalışdıran Slaven Biliçin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 52 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək. O, Çin Super Liqasında mübarizə aparan “Beijinq Qoan” komandasını çalışdıracaq. Klub xorvatiyalı mütəxəssislə iki illik müqaviləyə imza atıb.

“Vest Bromviç”i Çempionşipdən Premyer Liqaya yüksəldən Biliç, elitada uğursuz nəticələrdən sonra keçən ilin dekabr ayında istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button