Bilet satıb, pulunu Türkiyəyə göndərəcək – Azərbaycan klubu

“Turan Tovuz” klubu nümunəvi addımı ilə diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, klub Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək “Kəpəz”lə qərb derbisinin bilet satışından əldə ediləcək gəliri yardım məqsədiylə zəlzələdən əziyyət çəkən Türkiyəyə göndərəcək. Bu barədə Tovuz təmsilçisi rəsmi məlumat yayıb.

Fevralın 11-də keçiriləcək oyunun biletləri 2 manatdır.

Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button