“Bilbaoda çox xoşbəxtəm” – Adı “Barselona” ilə hallanan futbolçu

Adı “Barselona” ilə yanaşı hallanan “Atletik”in 21 yaşlı vingeri Niko Uilyams gələcəyi ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya millisinin üzvü Bilbaoda xoşbəxt olduğunu deyib:

“Bilbaoda çox xoşbəxtəm, bu klub mənə hər şeyi verib. Gələn mövsümü harada keçirəcəyimlə bağlı dəqiq fikrim var. Hamısı budur. Agentimə dedim ki, Avropa çempionatı bitənə qədər heç nə bilmək istəmirəm”.

İspaniyalı futbolçu 2023/24 mövsümündə 37 oyun keçirib, 8 qol vurub və 17 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button