
“Bilərəkdən etməmişdim” – Ramil Şeydayev
“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Olimpiakos”a qarşı keçirəcəkləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o oyundan bir gün öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
- Ümid edirəm ki, nəticə xeyrimizə olacaq. Rəqib revanş almağı düşünür. Çətin matç olacaq. İlk oyundan daha ciddi, məsuliyyətli yanaşırıq. Bütün azarkeşlərimizi tribunada gözləyirik.
- “Olimpiakos”a vurduğun qoldan sonra çılğın formada sevindin. Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması idi?
- Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin