Bu gün müayinədən keçəcək – “Barselona”nın zədələnən futbolçusu
“Barselona”nın kapitanı Frenki de Yonq La Liqanın 11-ci turunda “Real Sosyedad”la oyunda (0:1) dizindən zədə alıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu San Sebastyandakı stadionu axsayaraq tərk edib və bu gün tibbi müayinədən keçməlidir.
27 yaşlı yarımmüdafiəçi fasilədə Daniel Olmo ilə əvəz olunub.
De Yonq topuq zədəsi səbəbindən 5 aylıq fasilədən sonra cari mövsümdə “Barselona”nın heyətində 7 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin